İspaniya La Liqasında XI turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Eddi İsrafilovun forma geyindiyi “Qranada” səfərdə “Selta” ilə qarşılaşıb.
Matç 0:0 hesablı bərabərliklə yekunlaşıb. Eddi oyunun iştirak ərizəsinə salınsa da, ehtiyatda qalıb.
Qeyd edək ki, “Qranada” 11 turdan sonra 10 xalla 14-cü pillədə qərarlaşıb.
