İsrafilov “Albasete”yə qələbə qazandırdı
17.11.2019 , 16:07

İspaniya Sequndasında 16-cı turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi Silvestr Paskual İsrafilovun formasını geyindiyi “Albasete” səfərdə “Saraqosa”ya 1:0 hesabı ilə qalib gəlib.
Eddi oyuna start heyətdə başlayıb və sonadək meydanda olub. İsrafilov qarşılaşmanın 90+4-cü dəqiqəsində komandasının qələbə qolunu vurub.
“Albasete” 25 xalla 6-cı pillədə qərarlaşıb.
