Futbol

İsrafilov 90 dəqiqə oynadı, komandası…

01.12.2019 , 12:54

İspaniya 2-ci liqasında 18-ci turun oyunları keçirilib.

Korner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Albasete” səfərdə “Ponferradina” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

İsrafilov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Albasete” hazırda 26 xalla 8-ci pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı