İspaniyalı hücumçu Niderland klubunda
25.02.2025 , 10:44

Tanınmış futbolçu Lukas Peres karyerasını Niderlandda davam etdirəcək.
Korner.az xəbər verir ki, ispaniyalı hücumçu sözügedən ölkənin PSV klubu ilə anlaşıb.
Bu barədə Eyndhoven təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
36 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Bir neçə gün öncə “Deportivo” klubundan ayrılan futbolçu yeni komandasına azad agent kimi qoşulub.
