İspaniyadan çətin qələbə
19.11.2018 , 12:07

İspaniya millisi yoldaşlıq oyunu keçirib
Luis Enrikenin rəhbərlik etdiyi kollektiv millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin çalışdırdığı Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Görüşün taleyini 1 qol həll edib. 78-ci dəqiqədə 21 yaşlı yarımmüdafiəçi Brais Mendesin vurduğu qol ispanlara minimal hesablı qələbə qazandırıb.
Qeyd edək ki, İspaniya ilə matçda Bosniya və Herseqovinanın qapısını “Qarabağ”ın sabiq qolkiperi İbrahim Şehiç qoruyub.
