İspaniya çempionatının “Tercera Division”unda (səviyyəcə 3-cü liqa) mübarizə aparan “Baku Hellin Deportivo” futbol klubu maliyyə böhranı ilə üzləşib.
“Radio Azul”ın verdiyi məlumata görə, klubun borcu 120 min avroya çatıb.
Artıq komandanın 21 futbolçusu əmək haqlarının gecikdiyini açıqlayıb. Lakin klubun əslən azərbaycanlı prezidenti Gülnarə Xanbabayeva borcu ödəmir. Klubun gələcək taleyinin sual altına düşdüyü bildirilir.
Qeyd edək ki, “Baku Hellin Deportivo” ötən mövsüm “Tercera Division”unda 38 oyundan 67 xalla 5-ci yeri tutub. Komanda ilk “4-lük”dən kənarda qaldığı üçün “Segunda”ya vəsiqə qazana bilməyib (Lent.az).