İspaniyada "Atletiko" və "Deportivo" klublarının 88 azarkeşinə 5 il müddətində stadiona gəlməyə qadağa qoyulub və onlar ümumilikdə 60 min avro məbləğində cərimə ediliblər.
Korner.az-ın məlumatına görə, bu qərar noyabrın 30-da "Visente Kalderon" stadionunda fanatlar arasında yaranan qarşıdurmadan sonra verilib.
Qeyd edək ki, həmin davada 11 nəfər xəsarət alıb və bir azarkeş isə həlak olmuşdu.
"Levante" və "Valensiya" azarkeşlərinə qarşı da sanksiya tətbiq edilib. Belə ki, 4 azarkeş il ərzində stadiondan uzaqlaşdırılıb və 3001 avro məbləğində cərimə edilib. Bir neçə azarkeş isə yarım il stadiondan uzaq qalacaqlar.
