Avro-2012-nin final mərhələsinin III turu çərçivəsində keçiriləməli olan İspaniya – Xorvatiya matçı baş tutmaya bilər. Korner.az-ın məlumatına görə, buna hava şəraiti mane ola bilər.
Belə ki, Belçika və Almaniyadan gələn covğun axşam saatlarında Qdanska çatacağı gözlənilir. Çovgun ehtimalını 80-90 faizlə dəyərləndirən sinoptiklər dolu yağacağını da istisna etmir.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
