İspaniya və Türkiyə klubları Martinezdə maraqlıdır
27.01.2026 , 15:00
“Əl-Nəsr”in müdafiəçisi İniqo Martinez karyerasını yenidən Avropada davam etdirməyi planlaşdırır.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçuya İspaniya klubları ilə yanaşı, Türkiyədən “Başakşeher” və “Beşiktaş” da maraq göstərir.
Martinezin Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2026-cı ilin iyununa qədər olsa da, özü Avropada oynamağı üstün tutur.
Futbolçu karyerasında “Real Sosyedad”, “Atletik” (Bilbao) və “Barselona” kimi klublarda çıxış edən Martinez, 2025-ci ildə Səudiyyə Ərəbistanına keçmişdi.