İspaniya – Türkiyə matçı öncəsi gözlənilməz itki
17.11.2025 , 12:55
İspaniya milli komandası DÇ-2026-nın seçmə mərhələsində Türkiyə ilə keçirəcəyi qarşılaşma öncəsi heyət itkisi ilə üzləşib.
Korner.az xəbər verir ki, komandanın müdafiəçisi Din Hyöysen zədələndiyi üçün millinin hazırlıq prosesini yarımçıq tərk edib.
Bu barədə İspaniya Futbol Federasiyasının mətbuat xidməti rəsmi açıqlama yayıb.
Məlumatda, “Real” klubunun müdafiəçisinin əzələ problemi yaşadığı və bu səbəbdən qarşıdakı matçda iştirak etməyəcəyi bildirilib.
Xatırladaq ki, İspaniya – Türkiyə oyunu noyabrın 18-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.