Bu gecə İspaniya superkubokunun ilk oyunu keçirilib.
Korner.az-ın məlumatına görə, fəxri mükafat uğrunda son Kral Kubokunun qalibi Madridin “Real” klubu ilə ölkə çempionu “Atletiko” (Madrid) üz-üzə gəlib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Komandalar arasında cavab oyunu avqustun 23-də keçiriləcək.
Xatırladaq ki, “Atletiko” tarixi ərzində yalnız bir dəfə – 1985-ci ildə İspaniya superkubokunu qazanıb. “Real” isə buna qədər 9 dəfə bu mükafa sahib olub.
