İspaniya nəhəngi gənc futbolçunu göndərir
12.08.2024 , 22:22
“Barselona”nın perspektivli ulduzlarından biri Ansu Fati gözdən düşüb.
Korner.az xəbər verir ki, Kataloniya klubunun idman direktoru 21 yaşlı gənc oyunçudan özünə komanda tapmasını istəyib.
Baş məşqçi Hansi Flikin də artıq gənc futbolçunu komandanın gələcək planlarında görmür.
Ötən mövsümü icarə əsasında “Brayton”da keçirən gənc hücumçu 27 matçda 4 qol vurub, 1 məhsuldar ötürmə edib. Futbolçu “Barselona”da isə indiyədək 112 oyun keçirib, 29 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Mina Musayeva