İspaniya millisinin yeni baş məşqçisi kim olacaq?
02.07.2018 , 15:29

İspaniya Futbol Federasiyası milli komandanı çalışdırmağa əsas namizədi müəyyənləşdirib.
Federasiya yığmanı Kike Sançes Floresə həvalə etməyə hazırlaşır. Son iş yeri “Espanyol” olan mütəxəssis federasiyanın bütün tələblərinə cavab verir: o, kifayət qədər təcrübəyə malikdir, milli komandada lazımi dəyişikliklər edə bilər və hazırda heç bir klubla müqaviləsi yoxdur.
Ancaq İspaniya Futbol Federasiyası hər ehtimala qarşı Luis Enrike, Rafael Benites, Unai Emeri, Marselinyo Qarsiya Toral və Roberto Martines kimi namizədləri də nəzərdən keçirdir.
Qeyd edək ki, DÇ-2018-in startına 2 gün qalmış “Real”la anlaşdığı üçün istefaya göndərilən Xulen Lapoteqini əvəzləyən Fernando Yerronun yaxın günlərdə istefaya göndəriləcəyi gözlənilir.
