İspaniya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Millinin sabiq üzvü Fernando Yerro dünya çempionatında komandaya rəhbərlik edəcək.
Yerro bu vəzifədə bu gün istefaya göndərilən Xulen Lopeteqeni əvəzləyib.
Qeyd edək ki, Yerro buna qədər İspaniya Futbol Federasiyasında idman direktoru idi. 1989-2002-ci illərdə millinin formasını geyinən veteran müdafiəçi 89 oyuna 29 qol vurub.
