İspaniya millisində itki – Dani Olmo zədələndi
10.10.2025 , 20:05
İspaniya milli komandasının heyətində gözlənilməz itki yaşanıb.
Korner.az xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi Dani Olmo zədə səbəbindən yığmanın düşərgəsini tərk edib.
Bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.
27 yaşlı futbolçuda əzələ problemi aşkarlanıb. O, müalicəsini davam etdirmək üçün klubuna – “Barselona”ya geri dönüb.
Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Gürcüstan, 14-də isə Bolqarıstan yığmalarını qəbul edəcək.