İspaniya yığmasının heyətində dəyişiklik edilib.
Korner.az-ın məlumatına görə, komandanın aparıcı müdafiəçisi Serxio Ramos zədə alıb. Futbolçu “Atletik”lə qarşılaşmada sağ ayağından xəsarət alıb.
Bu gün keçirilən tibbi müayinə onun oynaya bilməyəcəyini aşkar edib. Bununla da Ramos millinin Slovakiya və Lüksemburq oyunlarını buraxacaq.
