Son Dünya Çempionatında və AVRO-2012-də çempionluq sevinci yaşayan İspaniya millisinin 19 yaşlıları da qızıl medallara sahib olublar.
Korner.az-ın məlumatına görə, Tailində oynanılan AÇ-nın final qarşılaşmasında İspaniya seçməsi Yunanıstanı 1:0 hesabı ilə qalib gələrək Avropanın ən böyüyü olublar. Oyunda "buğalar"ın heyətində yeganə qolu Yese Rodriqez vurub.
Qeyd edək ki, keçirilən son 11 Avropa Çempionatında ispanlar 6 dəfə zəfərə seviniblər.
