İspaniya millisi Avro-2012-nin qalibi olacağı təqdirdə hər futbolçu 300 min avro mükafat qazanacaq. Korner.az-ın məlumatına görə, İspaniya Futbol Federasiyası yığmanın 2008-ci ildə çempion olarkən hər futbolçusuna 214 min avro mükafat vermişdi. Bu dəfə isə futbolçuların 25 faiz daha çox qazanmaq şansı var.
Maraqlısı isə budur ki, Avro-2012-də mübarizə aparan 16 ölkə içərisində ən çox irlandiyalı futbolçular qazana bilərmiş.
Qeyd edək ki, 2010-cu ildə ilk dəfə dünya çempionluğunu qazanan İspaniya millisinə 600 min avro mükafat verilmişdi.
