“Barselona”nın hücumçusu Lionel Messi rekord məbləğdə yeni müqavilə imzalamağa hazırlaşır.
Korner.az-ın məlumatına görə, bu xəbəri İspaniya mətbuatı verib.
Argentinalı futbolçunun illik qazancı da 39,4 milyon avro təşkil edəcək.
İspan həmkarlarımız 29 yaşlı oyunçunun yeni sözləşməyə görə, hətta addımbaşı qazancını da hesablayıblar. 90 dəqiqə ərzində orta hesabla hər görüşdə 8211 metr qaçan Leonun 1,33-lük addımı 1 metrdi. Bu isə o deməkdi ki, futbolçu hər matçda 10 min 921 addım atır. Yeni müqaviləyə əsasən isə Messi meydandakı hər addımında 58 avro qazanacaq.
