İspaniya La Liqasında X turun növbəti oyunları keçirilib. Korner.az-ın məlumatına görə, dünən ikinci oyun günündə daha 5 qarşılaşma baş tutub.
"Espanyol" səfərdə "Real"ı (Sosyedad), "Deportivo" isə doğma meydanda "Mayklyorka"nı minimal hesabla məğlub edərək qələbə qazanıb. Eyni hesab "Osasuna" – "Valyadolid" matçında da, qeydə alınıb. Qonağ komanda sona 10 dəqiqə qalmış 3 xalı aktivinə yazdırıb.
"Sevilya" – "Levante" matçında azarkeşlər qol görməyib. Bu mövsüm zəif çıxışı ilə diqqət çəkən "Atletik" (Bilbao) bu dəfə azarkeşlərini sevindirib. Bilbao təmsilçisi səfərdə "Qranada"nı 2:1 hesabı ilə məğlub edərək 3 xalı aktivinə yazdırıb.
3 noyabr
İspaniya La Liqasında X turun oyunları
"Malaqa" – "Rayo Valyekano" – 1:2
Qollar: Piti, 11 (0:1), Demişelis, 49 (1:1), Piti, 61 (1:2)
"Barselona" – "Selta Viqo" – 3:1
Qollar: Adriano, 21 (1:0), Bermejo, 24 (1:1), Vilya, 26 (2:1), Alba, 61 (3:1)
"Real" (Madrid) – "Saraqoza" – 4:0
Qollar: İquain, 23 (1:0), Di Mariya, 25 (2:0), Esyen, 89 (3:0), Modriç, 90 (4:0)
"Valensiya" – "Atletiko" (Madrid) – 2:0
Qollar: Soldado, 20 (1:0), Valdez, 90 (2:0)
4 noyabr
"Real" (Sosyedad) – "Espanyol" – 0:1
Qol: Kolotto, 77 (0:1)
"Deportivo" – "Malyorka" – 1:0
Qol: Qama, 30 (1:0)
"Osasuna" – "Valyadolid" – 0:1
Qol: Ebert, 83 (0:1)
"Sevilya" – "Levante" – 0:0
"Qranada" – "Atletik" (Bilbao) – 1:2
Qollar: Aduriz, 12-pen (0:1), 27 (0:2), Əl Arabi, 53 (1:2)
5 noyabr
"Qetafe" – "Betis"
