İspaniya La Liqasında keçirilən iki oyunla II tura yekun vurulub. Korner.az-ın məlumatına görə, hər iki oyunda sevinən tərəf meydan sahibləri olub.
"Valyodolid" öz meydanında "Levante"ni sınağa çəkib. Hər hissədə bir qol vuran meydan sahibləri iki oyunda ikinci qələbəsini qazanmış olublar – 2:0.
Turun son qarşılaşması isə paytaxt Madriddə olub. "Atletiko" "Atletik" (Bilbao) komandası ilə üz-üzə gəlib. Falkaonun het-trik etdiyi matçda Madrid təsmilçisi 4 xalı 4 qolla qazanıb – 4:0.
27 avqust
"Valyadolid" – "Levante" – 2:0
Qollar: Perez, 38-pen, 48-pen
"Atletiko" (Madrid) – "Atletik" (Bilbao) – 4:0
Qollar: Falkao, 20, 43, 58-pen, Tiaqo, 84
