Ötən gün İspaniya La Liqasında IX turun oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə dörd matç baş tutub.
"Malaqa" səfərdə "Espanyol"la, "Deportivo" isə "Selta Viqo" ilə xalları yarıya bölüb. "Valensiya" isə "Betis"ə məğlub olub. La Liqanın lideri "Barselona" isə səfərdə "Rayo Valyekano"nun qonağı olub. Katalonlar heç də özünü qonaq kimi aparmayıblar. Messinin dubl etdiyi oyunda "Barsa" rəqibini 5 cavabsız qolla məğlub edib.
27 oktyabr
İspaniya La Liqasında IX turun oyunları
"Espanyol" – "Malaqa" – 0:0
"Betis" – "Valensiya" – 1:0
Qol: Sevilya, 9 (1:0)
"Selta Viqo" – "Deportivo" – 1:1
Qollar: Bermejo, 8 (1:0), Lamas, 29 (1:1)
"Rayo Valyekano" – "Barselona" – 0:5
Qollar: Vilya, 21 (0:1), Messi, 48 (0:2), 89 (0:5), Xavi, 78 (0:3), Fabreqas, 80 (0:5)
28 oktyabr
"Saraqoza" – "Sevilya"
"Levante" – "Qranada"
"Atletik" (Bilbao) – "Qetafe"
"Atletiko" (Madrid) – "Osasuna"
"Malyorka" – "Real" (Madrid)
29 oktyabr
"Valyadolid" – "Real" (Sosyedad)
