İspaniya kubokunda qalib müəyyənləşəcək
25.05.2019 , 10:24

Bu gün İspaniya kubokunun sahibinə aydınlıq gələcək.
Finalda “Valensiya” kral kubokunu ən çox – 30 dəfə muzeyinə aparan “Barselona” ilə qarşılaşacaq. Bu komandalara arasında bu mövsüm çempionatda oynanılan hər iki görüşdə bərabərlik (1:1, 2:2) qeydə alınıb. Oyun “Real Betis” klubunun ev oyunlarını keçirdiyi “Benito Villamarin” stadionunda baş tutacaq.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçı Undiano Malenko idarə edəcək.
