İspaniya kubokunda 1/4 finalın püşkü atıldı
20.01.2025 , 18:54

İspaniya kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, püşkün nəticələrinə əsasən, aşağıdakı cütlər müəyyənləşib:
“Real Sosyedad” – “Osasuna”
“Leqanes” – “Real”
“Atletiko” – “Xetafe”
“Valensiya” – “Barselona”
1/4 final oyunları 4, 5 və 6 fevral tarixlərində keçiriləcək.
Qeyd edək ki, İspaniya kubokunun son qalibi “Atletik”dir.
