İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.
Korner.az-ın məlumatına görə, ilk oyunda öz meydanında "Malaqa" ilə 2:2-lik heç-heçə edən "Barselona" səfərdə rəqibini 4:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazıdırb.
Bununlada azarkeşlər yarımfinalda "El Klassiko" izləmək şansı qazanıblar.
“Sevilya” “Zaraqoza”nı 4 cavabsız qolla məğlub edərək yarımfinala yüksəlib.
Madridin "Atletiko" klubu isə ilk oyunda 2:0 hesabı ilə məğlub olduğu "Betis"lə səfər matçında 1:1-lik heç-heçə edib.
İspaniya Kral Kuboku 1/4 final
23 yanvar
"Sevilya" – "Zaraqoza" – 4:0 (ilk oyun 0:0)
Qollar: Neqredo, 36; 67 (pen), Rakitiç, 45, Del Moral, 90
"Valensiya" – "Real" – 1:1 (0:2)
Qollar: Koşta, 52 – Benzema, 44
24 yanvar
"Betis" – "Atletiko" – 1:1 (0:2)
Qollar: Molina, 90 (pen) – Koşta, 45
"Malaqa" – "Barselona" – 2:4 (2:2)
Qollar: Xoakin, 12, Santa Kruz, 68 – Pedro, 8, Pike, 49, İnyesta, 76, Messi, 80
