İspaniya klubundan yeni transfer
18.01.2024 , 18:24
“Yunion”un hücumçusu Şeraldo Bekker komandadan ayrılıb.
Korner.az xəbər verir ki, futbolçu bundan sonra “Real Sosyedad”da çıxış edəcək.
Tərəflər arasında 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.
Bekker Bundesliqa klubunun heyətində bu mövsüm 18 matçda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.