İspaniya Vergi Agentliyi ölkənin futbol klubları üzrə hesabat dərc edib.
Korner.az-ın məlumatına görə, klubların vergi xidmətinə ümumi borcu təqribən 700 milyon avrodur.
Məlumata görə, 2012-ci ildə 126 klub ümumilikdə 329,9 milyon avro ödəyib. Həmin məbləğdən 305,1 milyon avro Primeronun (İspaniyanın yüksək futbol liqası) 20 klubunun payına düşür.
Yanvar hesabatı ilə müqayisədə ümumi borc təqribən 50 milyon avro azalıb.
