İspaniya Avropa çempionudur!
15.07.2024 , 01:00

Bu gün Almaniyada təşkil olunan Avropa çempionatının qalibi məlum olub.
Korner.az xəbər verir ki, final oyununda İspaniya və İngiltərə milliləri üz-üzə gəlib.
Berlindəki Olimpiya stadionunda keçirilən matçda ispanlar 2:1 hesabı ilə qələbə qazanıb.
Bununla da, İspaniya tarixində 4-cü dəfə qitə çempionu tituluna yiyələnib.
AÇ-2024, final
14 iyul
23:00. İspaniya – İngiltərə – 2:1
Qollar: Niko Uilyams, 47, Koul Palmer, 73 , Mikel Oyarzabal, 87
Baş hakim: Fransua Leteksye (Fransa)
Berlin, Olimpiya stadionu
