İspaniya Fransaya qalib gəldi
06.06.2025 , 01:00

Bu gün UEFA Millətlər Liqasında 2-ci finalçı da müəyyənləşib.
Korner.az xəbər verir ki, mərhələnin yarımfinalında İspaniya ilə Fransa üz-üzə gəlib.
“Ştutqart Arena”da keçirilən görüşdə İspaniya Fransaya 5:4 hesabı ilə qalib gəlib.
5 iyun
Millətlər Liqası, yarımfinal
23:00.İspaniya – Fransa – 5:4
Qollar: Villiams, 22 (1:0), Merino, 25 (2:0), Yamal, 54 (3:0), Pedri, 55 (4:0), Mbappe, 59-pen. (4:1), Yamal, 67 (5:1), Çerki, 79 (5:2), Vivian, 84-avtoqol (5:3), Kolo Muani, 90+3 (5:4)
