İspaniya – Fransa matçının hakimləri açıqlandı
08.07.2024 , 10:25

AVRO-2024-ün yarımfinal mərhələsində keçiriləcək İspaniya – Fransa görüşü üçün hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, matçın baş hakimi Slavko Vinçiç olacaq.
Ona həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə İvan Kruzliak yerinə yetirəcək.
İspaniya – Fransa qarşılaşması iyulun 9-da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
