Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun çərçivəsində keçirilən “Şaxtyor” – “Bavariya” qarşılaşması qonaqların futbolçusu Xabi Alonso üçün əlamətdar olub.
Korner.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi yubiley matçına çıxıb.
Bu görüş İspaniya millisinin üzvü üçün Çempionlar Liqasında 100-cü oyun olub.
Qeyd edək ki, sözügedən oyunda qapılara qol vurulmayıb – 0:0.
