“Malyorka”nın direktorlar şurası baş məşqçi Valeri Karpinin istefaya göndərilməsi qərarını qəbul edib.
Korner.az-ın məlumatına görə, hazırda rəhbərlik istefa zamanı kompensasiyanı müzakirə etməklə məşğuldur.
Xatırladaq ki, dünən növbəti məğlubiyyətdən sonra Karpini dəvət etmiş klubun baş meneceri Dudu Avat istefa vermişdi.
Sequndanın 7-ci turunda Malyorka səfərdə Saraqosaya (0:2) məğlub olmuşdu. Hazırda komanda 2 xalla turnir cədvəlinin son sırasındadır.
