İsmail Kartalın yeni ünvanı
21.01.2025 , 12:10

“Fənərbağça”nın sabiq baş məşqçisi İsmail Kartalın yeni ünvanı məlum olub.
Korner.az xəbər verir ki, türkiyəli mütəxəssis karyerasını İranda davam etdirəcək.
O, sözügedən ölkənin “Persepolis” klubu ilə razılığa gəlib.
63 yaşlı məşqçinin bu gün Tehrana gedib müqavilə imzalayacağı iddia olunur.
