İslandiya millisinin yeni baş məşqçisi müəyyənləşdi
21.01.2025 , 12:55

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İslandiya yığmasının yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, milli komandanın sükanı Arnar Qunnlauqssona tapşırılıb.
Bu barədə məlumatı İslandiya Futbol Federasiyasının mətbuat xidməti yayıb.
O, bu vəzifədə Oqe Hareydanı əvəzləyib.
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə sentyabrın 5-də səfərdə, noyabrın 13-də isə Bakıda qarşılaşacaq.
