Ölkə futbolu

İslandiya millisinin qapıçısı “Qarabağ”a gəlir

03.07.2018 , 15:01

“Qarabağ” qapı xəttini gücləndirmək üzrədi. Ağdam təmsilçisi bu il Rusiyada keçirilən dünya çempionatında iştirak edən qolkiperi heyətinə qata bilər.

Söhbət İslandiya yığmasının “1 nömrəsi” Hannes Tur Halldorssondan gedir. Son klubu Danimarka “Randers”i olan 34 yaşlı qolkiperin gəlişinə işarəni klubun rəsmi “Facebook” səhifəsi verib.

Səhifənin paylaşdığı postda İslandiyanı, rejissorluğu və Messinin üzünütüsünü əks etdirən kollaj paylaşılıb. Rusiyadakı mundialda İslandiya yığmasının qapısını qoruyan Hannes Tur Halldorsson Argentina ilə bərabərə başa çatan (1:1) qarşılaşmada Lionel Messinin penalti zərbəsini dəf edərək, qəhrəmana çevrilmişdi. Digər peşəsi rejissorluq olan Halldorsson 2011-ci ildən İslandiya millisinin qapısını qoruyur.

Son yazılar

Yuxarı