“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığması atıcılıq növündə daha bir qızıl medal qazanıb.
Korner.az-ın məlumatına görə, bu dəfə qarışıq komanda halında səngər stendində Aydan Camalova – Əli Hüseynli dueti fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Onlar 43 xalla 1-ci yeri tutublar. Türkiyəli Nihan Gurer – Oğuzhan Tuzun dueti 42 xalla gümüş, qətərli Xalud Hassan əl-Xələf – Mohammed Xejaim dueti isə bürünc medala sahib olub.
