“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında cüdoçuların mübarizəsinə start verilib.
Korner.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycanın 4 kişi və 6 qadın cüdoçusu tatami üzərinə çıxıb.
Onlardan 9-u finala yüksəlib. Kişilərin mübarizəsində Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov və Hidayət Heydərov, qadınlardan isə Aişə Qurbanlı, Bazarraqça Erdenebat, Nəzakət Əzizova, Kifayət Qasımova və Xanım Hüseynova bütün rəqiblərini üstələyib. Orucovla Heydərov və Erdenebatla Qurbanlı həlledici qarşılaşmada bir-birilərinə rəqib olublar. İçinxorlo Munxtsedev isə bürünc medal görüşünə çıxacaq.
