“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının I turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Korner.az-ın apasport.az saytının məlumatına görə, ukraynalı mütəxəssis 2:0 hesabı ilə bitən qarşılaşmanı belə şərh edib.
– Teo Uiksin əvəzlənməsi nə ilə bağlı idi?
– Əvəzləməni müzakirə etmək istəmirəm. Burda xüsusi fərqli bir şey yox idi.
– Rəşad Sadiqov zədələnməsəydi, Tellur Mütəllimovu meydana buraxacaqdınız?
– Həmin an üçün olan vəziyyətə görə qərar verdim.
– “İnter”lə oyun barəsində nə deyə bilərsiniz? Onların “Qarabağ”la matçına baxmısınız?
– Xeyr, baxmamışam. Vaxtımız olmayıb. Sabahdan rəqibi analiz edəcəm.
– Legioner limiti sizi çox düşündürdü?
– Limitin faydası var. Bu əvvəldən verilən qərardı və biz də buna görə işlərimizi qurmuşuq.
