İspaniya La Liqasının son turunda “Real” (Madrid) “Malaqa”nı 2-0 hesabı ilə məğlub edib və 33-cü dəfə çempion olub.
Korner.az-ın məlumatına görə, oyundan sonra “Real”ın futbolçusu İsko komandadan ayrılıb-ayrılmayacağı ilə bağlı açıqlama verib.
İddialara cavab verən oyunçu: “Real” azarkeşləri narahat olmasın. Komandada qalacam”.
“Malaqa”dan 2013-cü ildə “kral klubu”na transfer olan və sabiq komandasının stadionunda La Liqa çempionu olan yarımmüdafiəçi: “Mənə göstərdikləri sevgiyə görə sonsuza qədər minnətdar olacam. Çox gözəl an idi. Bu şəhərdə çempionluq xəyalımı gerçəkləşdirdim. İnanılmaz bir hissdi”.
Xatırladaq ki, Madrid təmsilçisinin forması ilə İsko bu mövsüm 41 oyuna 11 qol vurub və 10 məhsuldar ötürmə edib.
