İsko klubunu dəyişir?
17.03.2025 , 13:00

İsko yayda “Real Betis”i tərk edə bilər.
Korner.az xəbər verir ki, futbolçunun xidmətində “Aston Villa”nın maraqlı olduğu bildirilir.
Bu barədə “El Nacional” məlumat yayıb.
İngiltərə klubu mövsümün sonunda futbolçu üçün təklif göndərməyi planlaşdırır.
Xəbərdə, 32 yaşlı oyunçu üçün hələlik danışıqların davam etdiyi bildirilir.
“Real Betis” ilə 2027-ci ilə qədər müqaviləsi olan İsko bu mövsüm 19 matçda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.
