Milan “İnter”inin yeni sahibi Erik Tohir niyə məhz bu klubun səhmlərini aldığını açıqlayıb.
Korner.az-ın məlumatına görə, o, “Gazzetta dello Sport”-a açıqlamasında deyib ki, əsas səbəb “Milan”ın zəngin tarixinin olmasıdı.
“Ad-sanı və zəngin tarixi olmayan klubu alsam, uduzaram. Məsələn, niyə gedib “Vest Hem”in səhmini alım ki? “İnter”i almaqla məşhur klubun sahibi oldum. Əminəm ki, bir neçə ildən sonra klub daha da inkişaf edəcək”, – deyə indoneziyalı iş adamı bildirib.
