İtaliya A Seriasının 34-cü turunda “Kalyari” “Peskara”nı qəbul edib.
Korner.az-ın məlumatına görə, “Kalyari” 1-0 hesablı qələbə qazanıb.
Matçın sonlarına doğru xoşa gəlməz hadisələr yaşanıb. Belə ki, “Kalyari”nin azarkeşləri “Peskara”nın qanalı futbolçusu Salli Muntariyə qarşı irqçi şüarlar səsləndirib. Oyunçu ilk öncə şikayətini hakimə bildirib. Lakin şikayətlərinin çarə olmadığını görən yarımmüdafiəçi meydanı tərk edib və komandası 10 nəfərlə mübarizə aparmağa məcbur olub.
Qarşılaşma başa çatdıqdan sonra “Peskara”nın çalışdırıcısı baş verən hadisə ilə bağlı açıqlama verib: “Muntari rəqib azarkeşlərin irqçi şüarlarını eşitdikdən sonra hakimə niyə müdaxilə etmədiyini deyib. Belə hadisərin baş verməsini heç kim istəmir, lakin buna qarşı da heç nə edilmir. Muntari ədaləti tək başına təmin edə bilməz. Bu mövzu ilə bağlı zehniyyət dəyişməlidi”.
