İrqçiliyə görə 50 min avroluq cərimə
12.02.2020 , 17:18

Almaniya Futbol Federasiyası “Şalke” klubunu cəzalandırıb.
Korner.az xəbər verir ki, buna komandanın azarkeşlərinin ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Herta” ilə keçirilən matçda (3:2) irqçilik etməsi səbəb olub.
Almaniya Futbol Federasiyası fanatları irqçilik edən “Şalke” klubunu 50 min avro cərimələyib.
