Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilkin oyunları çərçivəsində avqustun 1-də keçiriləcək "Hapoel" (Kiryat-Şmona, İsrail) – "Neftçi" oyununun bütün hakimlərinin adı açıqlanıb.
Korner.az-ın məlumatına görə, Hayfada keçiriləcək ilk matçı irlandiyalı hakimlər briqdası idarə edəcək.
21:30. "Hapoel" (Kiryat-Şmona, İsrail) – "Neftçi"
Hayfa. Kiryat Eliazer Stadium
Baş hakim: Alan Kelly
Baş hakimin köməkçiləri: Damien Macgraith, Marc Douglas
Dördüncü hakim: Graham Kelly
(Hakimlər briqadası İrlandiyadandır)
UEFA nümayəndəsi: Dusan Tittel (Slovakiya)
Hakim-inspektor: Ferenc Szekely (Macarıstan)
