Çempionlar Liqasında "Neftçi" ilə qarşılaşacaq İsrailin “İroni Kiryat” klubu heyətini gücləndirmək yolund hərəkətə keçib. Korner.az-ın məlumatına görə, İsrail klubu Macarıstanın “Videoton” komandasında çıxış edən Laslo Lençşeni heyətinə qatmağa hazırlaşır.
Hapoel təmsilçisi futbolçunu icarəyə götürməyi planlaşdırır. Əgər bu mümkün olduğu təqdirdə futbolçunun adı "Neftçi" ilə oyunun siyahısına salınacaq.
Qeyd edək ki, “Neftçi” ilə “Hapoel”in birinci oyunu avqustun 1-də İsrailin Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutacaq. Matç yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) başlayacaq. Cavab qarşılaşması isə avqustun 8-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Həmin görüş saat 21:00-da start götürəcək.
