İrlandiyalı futbolçu “Fənərbağça”ya keçir
01.05.2023 , 11:51

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Fənərbağça” daha bir ulduz futbolçunu heyətinə cəlb etmək üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, İngiltərə mətbuatında yayılan xəbərə görə, İstanbul klubu “Roterhem”dən irlandiyalı futbolçu Oqbeneni transfer etməyə yaxındır.
Müqaviləsi mövsümün sonunda başa çatan 25 yaşlı futbolçunun kluba azad agent kimi keçəçəyi bildirilir.
Çempionşip komandasında dördüncü mövsümünü keçirən ulduz futbolçu bu mövsüm 41 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə edib.
