İrlandiya millisinin kapitanı Azərbaycanla oyunu buraxacaq
27.09.2021 , 10:19

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq İrlandiya yığması ciddi itkiylə üzləşib.
Korner.az-ın məlumatına görə, yığmanın kapitanı Şeyms Koulman zədələnib. 33 yaşlı müdafiəçi məşqdə zədələndib və millinin düşərgəsinə yollanmayacaq.
Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçı saat 20:00-da başlanacaq.
