İrfan Can “Fənərbağça”dan getmək istəmir
19.05.2023 , 14:22
“Göztəpə”dən “Fənərbağça”ya icarə əsasında keçən İrfan Can komandada qalmaq istədiyini bildirib.
Korner.az xəbər verir ki, o, bununla bağlı Super Liqanın 34-cü turunda “Trabzonspor”la keçirilən oyundan (3:1) sonra mətbuata açıqlamasında deyib:
“Gəldiyim gündən azarkeşlər məni çox sevir. Mən də onları sevirəm. Qarşıdakı 2 matçda da qalib gəlməyi fikirləşirik. Klub mənim qalmağımı istəyir. Mən də qalmaq istəyirəm. İki klub arasında danışıqlar davam edir. Ümid edirəm sonu yaxşı olacaq. Sanki bitdi deyə bilərik”, – deyə gənc qolkiper bildirib.