Aprelin 11-də Xarkovda “Ukraine Open Cup” beynəlxalq turniri start götürəcək.
Korner.az-ın məlumatına görə, 2 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.
“Lokomotiv” İdman Sarayında 2 kişi və 8 qadın idmançımız mübarizə aparacaq.
Kişilərdən ibarət komandamızda daha bir legioner debüt edəcək. Turnirdə ölkəmizin idman şərəfini Ayxan Tağızadə (68 kq) və iranlı Milad Beigi Harçeqa (80 kq) qoruyacaq.
Qadınların mübarizəsində isə komandanın baş məşqçisi Sun Mi Park Ceren Özbək (46 kq), Nurgül Çelik, Patimat Abakarova (hər ikisi 49 kq), Lazara Karidad Valdes Povea (53 kq), Günay Ağakişiyeva (57 kq), Darya Şkurko (62 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeyevaya (73 kq) şans verəcək.
Turnirə Avropanın 20 ölkəsi ilə yanaşı, ABŞ, Braziliya, Puerto-Riko, Bəhreyn və Əlcəzair milliləri qatılacaq.
Qeyd edək ki, yarış G1 kateqoriyalı olduğundan, qalib idmançı aktivinə 10 reytinq xalı əlavə edəcək.
Səfərə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi altında yollanan yığmamız vətənə aprelin 14-də dönəcək.
