İranda bütün idman tədbirləri ləğv edildi
20.05.2024 , 13:30
İranda bütün idman tədbirləri ləğv edilib.
Korner.az xəbər verir ki, bununla bağlı İdman Nazirliyi qərarı verib.
Buna İran Prezidenti İbrahim Rəisinin ölümü səbəb olub.
Yarışların yeni tarixi ilə bağlı daha sonra məlumatın veriləcəyi bildirilib.
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopteri ötən gün Verzeqan şəhəri yaxınlığında qəzaya düşüb. Hadisə zamanı bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.